"O, hücum futbolunu sevir"
Avropa liqaları

"O, hücum futbolunu sevir"

  • 2021-11-15

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne baş məşqçi Pep Qvardiolanın futbol fəlsəfəsindən danışıb.

"The Express"ə istinadən, belçikalı yarımmüdafiəçinin sözlərinə görə, mütəxəssis işinə o qədər həvəslidir ki, hərdən futbolçulara start heyəti açıqlamağı unudur.

"Bizim həmişə matçlardan əvvəl görüşlərimiz olur və Qvardiola nələri etməli olduğumuzu deyir, ancaq bəzən start heyəti bizə açıqlamağı unudur.

Qələbə Pep üçün çox vacibdir, lakin onun fəlsəfəsi bundan da önəmlidir. Çoxları bunu başa düşmür. Pep əks-hücum oyunu ilə qalib gəlməkdənsə, futbol prinsipləri ilə uduzmağı üstün tutur. O, hücum futbolunu sevir".

Xatırladaq ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.