Aqueroya xəbərdarlıq
- 2021-11-12
"Barselona"nın hücumçusu Serxio Aquero tezliklə futbolla vidalaşa bilər.
"AS" nəşrinə istinadən, ürəyində problem yaranan argentinalı futbolçunun durumu gözləniləndən də ciddidir.
Həkimlər 33 yaşlı hücumçuya bir daha meydana qayıtmamaqla bağlı xəbərdarlıq ediblər.
Qeyd edək ki, Aquero La Liqanın 12-ci turunda "Alaves"lə oyunda nəfəs darlığından əziyyət çəkib və 41-ci dəqiqədə əvəzlənib. Daha sonra futbolçu xəstəxanaya aparılıb.