Qovulduqlarına görə ən çox təzminat alan mütəxəssislər
Avropa liqaları

Qovulduqlarına görə ən çox təzminat alan mütəxəssislər

  • 2021-11-11

Britaniyanın "The Sun" nəşri müxtəlif illərdə baş məşqçi vəzifəsindən qovulduqlarına görə ən çox təzminat alan mütəxəssislərin siyahısını tərtib edib.

Bu günlərdə "Barselona"dan istefaya göndərilən Ronald Kuman ilk 10-luğa daxil ola bilib. O, vaxtından əvvəl istefaya göndərildiyi üçün Kataloniya təmsilçisindən 11,7 milyon avro təzminat alacaq.

Reytinqə isə italiyali Antonio Konte başçılıq edir.

1. Antonio Konte – "Çelsi", 30,6 milyon avro 
2. Joze Mourinyo – "Mançester Yunayted", 22,9 milyon avro (2018-ci il)
3. Joze Mourinyo – "Çelsi", 21 milyon avro  (2007-ci il)
4. Loran Blan – PSJ, 19,8 milyon avro 
5. Luis Felipe Skolari – "Çelsi", 15,9 milyon avro
6. Fabio Kapello – Rusiya Futbol İttifaqı, 15,6 milyon avro
7. Maurisio Poçettuno – "Tottenhem", 14,6 milyon avro
8. Andre-Villaş-Boaş - "Çelsi", 14 milyon avro
9. Roberto di Matteo - "Çelsi", 12,5 milyon avro
10. Ronald Kuman - "Barselona", 11,7 milyon avro


Beləliklə, siyahıdan da göründüyü kimi, son 14 ildə baş məşqçiləri istefaya göndərdiyinə görə onlara ən çox (5 dəfə) təzminat ödəyən klub "Çelsi" olub.