Kasemiro komanda yoldaşları barədə
Avropa liqaları

Kasemiro komanda yoldaşları barədə

  • 2021-11-11

"Real"ın futbolçusu Kasemiro komanda yoldaşları barədə danışıb. 

29 yaşlı yarımmüdafiəçi "Marca"ya açıqlamasında Luka Modriç və Toni Kroosu xüsusi tərifləyib: 

"Dünyanın ən böyük klubunda bu qədər uzun müddət oynamaq şansdır. Düşünürəm ki, yalnız karyeramı bitirdikdən sonra nəyə nail olduğumu tam dərk edə biləcəyəm. Modriç və Kroosla oynamaq da əladır. Bunu çox yüksək qiymətləndirirəm. Nəvələrimə deyəcəyəm ki, iki belə görkəmli futbolçu ilə, futbolun iki sütunu ilə oynamışam". 

Qeyd edək ki, Kasemiro 2013-cü ildən Madrid təmsilçisində çıxış edir.