"Atletiko"da ciddi itki
Avropa liqaları

"Atletiko"da ciddi itki

  • 2021-11-10

"Atletiko"nun müdafiəçisi Kiran Trippyer zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

La Liqanın 13-cü turunun "Valensiya" ilə matçında (3:3) zədələnən ingilis futbolçu bir neçə həftə meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Trippyer "Valensiya" ilə səfərdə keçirilən görüşün 8-ci dəqiqəsində zədələnərək, oyunu vaxtından əvvəl tərk etmişdi.