Ronaldo gedir?
Avropa liqaları

Ronaldo gedir?

  • 2021-11-10

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo bu mövsümün sonunda klubdan ayrıla bilər.

Bu barədə Britaniyanın "Express" nəşri məlumat yayıb. 36 yaşlı hücumçu komandasının növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqəni təmin etməyəcəyi təqdirdə "qırmızı şeytanlar"dan gedəcəyi bildirilib.

Ole Qunnar Sulşerin komandası hazırda Premyer Liqanın tunrir cədvəlində 17 xalla 6-cıdır.

Qeyd edək ki, Ronaldo avqustun 31-də "Mançester Yunayted" ilə 2+1 illik müqavilə imzalayıb.