"The Best" mükafatlandırmasının vaxtı açıqlandı
Avropa liqaları

"The Best" mükafatlandırmasının vaxtı açıqlandı

  • 2021-11-10

FIFA "The Best" mükafatının təltif olunma mərasiminin vaxtı açıqlanıb.

Qurumun rəsmi saytına istinadən, tədbir 17 yanvar 2022-ci ildə keçiriləcək.

Qeyd edək ki, "The Best" ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır.. Ən yaxşı oyunçu, Ən yaxşı baş məşqçi, Ən yaxşı qapıçı, Fair Play, Ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və ilin rəmzi komandası müəyyənləşəcək. Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.