A seriyasının ən yaxşısı
- 2021-11-10
A seriyasında oktyabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Ötən ayın ən yaxşısı "Verona"nın hücumçusu Covanni Simeone olub. O, oktyabr ayında 6 qola imza atıb. Belə ki, "Latsio" ilə matçda poker edən Simeone, "Yuventus"u məğlub etdikləri görüşdə də dublla yadda qalıb.
Qeyd edək ki, Simeone bu mövsüm ümumilikdə 7 qol vurub və 1 qolun ötürməsini verib.