"Milan" azərkeşlərindən sərt reaksiya
- 2021-11-09
"Milan" azarkeşləri "İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğluna müraciət ünvanlayıblar.
"Football Italia"ya istinadən, A Seriyasının 12-ci turuna təsadüf edən Milan derbisində (1:1) penaltidən qol vuran Çalhanoğlunun qol sevinci azarkeşləri hiddətləndirib.
Matçın ardından şəhərdən Türkiyə millisinin 27 yaşlı üzvünü özündən çıxaracaq banner asılıb:
"Cəsarət penalti vurmaqla yox, sənə xəyanət edən arvadının yanında qala bilməklə ölçülür".
Qeyd edək ki, Hakan "İnter"dən öncə "Milan"ın formasını geyinib. O, 2018-ci ildə həyat yoldaşı ilə xəyanətə görə ayrılsa da, sonradan cütlük yenidən bir araya gəlib.