Matç zamanı qeyri-adi etiraz
- 2021-11-09
Şotlandiya Premyer Liqasının 13-cü turunda keçirilən "Dandi" – "Seltik" matçında meydan sahiblərinin azarkeşləri qarşılaşmanın gec başlamasına səbəb olublar.
Azərkeşlər oyunun start fiti səsləndikdən sonra "Seltik"in qapıçısı Co Hartın qapısına tərəf yüzlərlə tennis topu atıblar. Nəticədə, oyun üç dəqiqə gec başlayıb.
Hadisəyə səbəb "Dandi" fanatlarının polis işçisi Bernard Hiqqinslə keçmişdə yaşanan bir qalmaqala etiraz etmək istəməsi olub. Məsələnin təfərrüatları açıqlanmayıb.
"Dandi" – "Seltik" matçı "Seltik"in 4:2 hesablı qələbəsiylə başa çatıb.