"Milan"dan rekord göstərici
- 2021-11-08
A seriyasının 12-ci turunda "İnter"lə heç-heçə edən (1:1) "Milan" şəxsi rekordunu yeniləyib.
Çempionat 3 xallıq sistemlə keçiriləndən bəri "qırmızı-qaralar" ilk dəfə A seriyasında startdakı 12 oyunda 32 xal yığa bilib.
Stefano Piolinin çalışdırdığı komanda buna 10 qələbə və 2 heç-heçə sayəsində nail ola bilib.