Buffon karyerasında bir ilk yaşadı
Avropa liqaları

Buffon karyerasında bir ilk yaşadı

  • 2021-11-08

"Parma"nın apıçısı Canluici Buffon antirekorda imza atıb.

"Opta"ya istinadən, 43 yaşlı qapıçı ilk dəfə bir matçın birinci hissəsində 4 qol buraxıb. O, B seriyasında "Leççe" ilə keçirilən matçın ilk hissəsində qapısında 4 top görüb.

"Leççe" – "Parma" matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü peşəkar karyerasına 1995-ci ildə "Parma"da başlayıb. Daha sonra o, "Yuventus" və "PSJ"də də çıxış edib.