"Qalatasaray" və "Fənərbaxça"dan xal itkisi
Avropa liqaları

"Qalatasaray" və "Fənərbaxça"dan xal itkisi

  • 2021-11-08

Türkiyə Superliqasında 12-ci tura yekun vurulub. 

Son oyun günündə daha dörd görüş reallaşıb.
 
"Adana Dəmirspor" evdə "Hatayspor"u məğlub edib. "Göztəpə" "Konyaspor"a uduzub.
 
"Qalatasaray" səfərdə "Fatih Karagümrük"lə,  "Fənərbağça" isə evdə "Kayserispor"la heç-heçə edib.

7 noyabr

Türkiyə Superliqası
12-ci tur

"Göztəpə" – "Konyaspor" - 0:2
Qollar:
 Çikalleşi, 25; 72.
 
"Fatih Karagümrük" – "Qalatasaray" - 1:1
Qollar
: Bertolaççi, 69 – M.Məhəmməd, 88.
 
"Adana Dəmirspor" – "Hatayspor" - 1:0
Qol: 
Akgün, 64.
 
"Fənərbaxça" – "Kayserispor" - 2:2
Qollar
: Zayç, 85. Özil, 90+9-pen – Kolovetsios, 39. Qavranoviç, 61.

Qeyd edək ki, "Trabzonspor" 30 xalla turnir cədvəlinə başçılıq edir. "Hatayspor" 23 xalla 2-ci, "Konyaspor" 23 xalla 3-cü, "Qalatasaray" 21 xalla 4-cü pillədə qərarlaşıb.