"Real Madrid"dən növbəti qələbə
Avropa liqaları

"Real Madrid"dən növbəti qələbə

  • 2021-11-07

"Real Madrid" İspaniya La Liqasında növbəti oyununa çıxıb.

Madrid təmsilçisi 13-cü turda öz meydanında "Rayo Valyekano" ilə qarşılaşıb. Görüş "Real Madrid"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Real Madrid" – "Rayo Valyekano" - 2:1
Qollar
: Kroos, 14. Benzema, 38 – Falkao, 77

Bu qələbə ilə xallarını 27-ə yüksəldan paytaxt təmsilçisi yenidən liderliyi ələ keçirib. "Real Sosyedad" 25 xalla 2-ci, "Sevilya" 24 xalla 3-cü, "Atletiko" 22 xalla 4-cüdür. Uğursuz mövsüm keçirən "Barselona" isə 17 xalla 9-cu pillədə qərarlaşıb.