"Trabzonspor" və "Başakşəhər"dən səfərdə qələbə
Avropa liqaları

"Trabzonspor" və "Başakşəhər"dən səfərdə qələbə

  • 2021-11-07

Türkiyə Superliqasında 12-ci turun oyunları davam edir.

Ötən gün 4 görüş keçirilib.

"Sivasspor" – "Girəsunspor" matçında qapılara qol vurulmayıb. "Antalyaspor" "Altay"ı minimal hesabla üstələyib. Ardıcıl üç oyundur ki, qələbə qazanan "Başakşəhər" bu turda "Yeni Malatyaspor"un qonağı olub və bu görüşdən də 3 xalla ayrılıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider "Trabzonspor" son çempion "Beşiktaş"ın qonağı olub. Oyunda qonaqlar qələbəyə seviniblər.


6 noyabr

"Sivasspor" – "Girəsunspor" - 0:0

"Yeni Malatyaspor" – "Başakşəhər" - 1:3
Qol:
 K.Kanatsızkuş, 90+2 – T.Cigerçi, 39. Vişça, 59. Okaka, 61.

"Antalyaspor" – "Altay" - 1:0
Qol:
 Mukayru, 49.

"Beşiktaş" – "Trabzonspor" - 1:2
Qol:
 Larin, 62 – A.Ömür, 45+4. Kornelius, 90+6

Turnir cədvəlinə 30 xalla "Trabzonspor" başçılıq edir. Bir oyun az keçirən "Hatayspor" 23 xalla 2-ci, "Alanyaspor" 21 xalla 3-cü, "Beşiktaş" 20 xalla 4-cüdür.