Messi daha bir oyunu buraxır
Avropa liqaları

Messi daha bir oyunu buraxır

  • 2021-11-05

"PSJ"nin futbolçusu Lionel Messi Fransa çempionatının 13-cü turunda "Bordo" ilə matçı buraxacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçunun bud nahiyəsindəki narahatlıq səbəbindən müalicəsi davam edir.

Qeyd edək ki, "PSJ" - "Bordo" görüşü noyabrın 6-ı keçiriləcək. Xatırladaq ki, Messi zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Leyptsiq"lə görüşü (2:2) buraxıb.