"Qəbələ" "Qarabağ"ı təbrik etdi
Avropa liqaları

"Qəbələ" "Qarabağ"ı təbrik etdi

  • 2021-11-05

"Qəbələ" Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə "Kayrat"a qalib gələrək (2:1) pley-offa vəsiqə qazanan "Qarabağ"ı təbrik edib.

"qırmızı-qaralar"ın rəsmi Feysbuk səhifəsində paylaşılan təbrikdə deyilir:


"Qəbələ" "Qarabağ"ı Azərbaycan tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsini adlaması münasibətilə təbrik edir, növbəti oyunlarında uğurlar arzulayır!

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin sonuna 2 tur qalmış 10 xalla turnir cədvəlinə başçılıq edir.