Azərbaycan UEFA reytinqində irəlilədi
Avropa liqaları

Azərbaycan UEFA reytinqində irəlilədi

  • 2021-11-05

UEFA Avrokuboklarda qrup mərhələsinin 4-cü turundan sonra yeni reytinq siyahısını açıqlayıb.

"Qarabağ" Konfrans Liqasının qrup mərhələsində səfərdə "Kayrat"ı məğlub etməklə (2:1) ölkəmizin aktivinə daha 0,500 xal yazdırıb. 

Bundan əlavə, "Qarabağ" qrupdan çıxmağı təmin etdiyi üçün aktivimizə əlavə 0,250 xal əlavə olunub. 

Beləliklə, 2021/22 mövsümdə Azərbaycanın xal sayı 4,125-ə, son 5 mövsümdə ümumi xal sayı isə 16.750-ə çatıb.
Ağdam təmsilçisinin bu qələbəsindən sonra Azərbaycan Rumıniyanı arxada qoyub və 1 pillə irəliləyərək  25-ci yerə yüksəlib. 

Qeyd edək ki, cədvələ 94,926 xalla İngiltərə başçılıq edir.