"Barselona"nın taleyi bizim əlimizdədir
Avropa liqaları

"Barselona"nın taleyi bizim əlimizdədir

  • 2021-11-04

"Barselona"nın futbolçusu Ansu Fati Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Kiyev "Dinamo"su üzərində qazandıqları qələbəni (0:1) şərh edib.

UEFA-nın saytına istinadən, komandasının qələbə qolunun müəllifi olan ispan yarımmüdafiəçi turnirin pley-off mərhələsinə yüksəlməyə kömək edəcək  vacib üç xal qazandıqlarını bildirib:

"Bu, vacib qələbədir və biz buna çox şadıq. Bu qələbə üçün mübarizə aparmalı idik, amma indi taleyimiz yenidən öz əlimizdədir. "Benfika" və "Bavariya" ilə matçlarda əlimizdən gələnin ən yaxşısını 100 faiz göstərəcəyik. Bu həftə bizim üçün çox vacibdir.

Fiziki baxımından hələ yüz faiz hazır deyiləm, amma matçdan matça daha çox artırıram".