Ronaldo Sulşeri geridə qoydu
Avropa liqaları

Ronaldo Sulşeri geridə qoydu

  • 2021-11-03

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo yeni uğura imza atıb.

36 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin "Atalanta" ilə oyununda (2:2) dubl edib.

Bununla da o, "Mançester Yunayted"in heyətindəki qollarını sayını 127-ə çatdırıb. O, 126 qol vuran hazırkı baş məşqçi Ule Qunnar Sulşeri geridə qoyub və 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi 253 qolla klub tarixinin bombardiridir.