"Mən olmasaydım, "PSJ" indiki kimi olmazdı"
- 2021-11-02
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç "PSJ"nin inkişafına necə təsir etdiyindən danışıb.
"Telefoot"a istinadən, o bildirib ki, "PSJ"nin 2011-ci ildə səhmkarı dəyişəndə klubla ilk müqavilə imzalayanlardan olub:
"Mən bununla fəxr edirəm. Mən olmasaydım, "PSJ" indiki kimi olmazdı. Çoxları mənim pul, şəhər və yeni həyat üçün "PSJ"yə gəldiyimi düşünürdü. Ancaq mən gələndə hər şey dəyişdi ".
Qeyd edək ki, İbrahimoviç 2012-2016-cı illərdə "PSJ"də oynayıb.