Sançes MLS-də oynamaqdan imtina etdi
- 2021-11-02
"İnter"in hücumçusu Aleksis Sançes MLS-də oynamağa razı olmayıb.
"Football Italia"ya istinadən, Amerika çempionatı klublarından biri 32 yaşlı futbolçuya 2023-cü ilin dekabrına qədər müqavilə təklif edib.
"İnter" rəhbərliyi hücumçunun qış transfer pəncərəsində bu keçidinə razı olsa da, futbolçu özü bundan imtina edib. Sançesin karyerasını Avropada davam etdirmək istədiyi vurğulanıb.
Qeyd edək ki, Sançes bu mövsüm A seriyasında meydana çıxdığı 6 oyunda 2 qol ötürməsi verib.