Messi MSN-lə MNM-i müqayisə etdi
Avropa liqaları

Messi MSN-lə MNM-i müqayisə etdi

  • 2021-11-02

"PSJ"nin hücumçusu Lionel Messi "Barselona"nın keçmiş üçlüyü Messi-Suares-Neymarı (MSN) "PSJ" üçlüyü Messi-Neymar-Mbappe (MNM) ilə müqayisə edib.

O, bununla bağlı sport.es-ə açıqlamasında deyib: "Onlar tamamilə fərqli üçlükdür, onları müqayisə etmək olmaz. Suares Mbappedən  fərqlidir. Luis əvvəlkindən daha çox qol vuran, əsl mərkəz hücumçusudur. Kilian isə daha çox güclüdür. Həqiqət budur ki, onlar fərqli oynayırlar. Müqayisə etmək çətindir. "Barselona"da bu gözəl trioda olmaq mənə qismət oldu. Ümid edirəm ki, "PSJ"də də eyni uğura nail olacağıq".

Qeyd edək ki, Messi avqustun 10-da "PSJ" ilə iki illik müqavilə imzalayıb.