Aqueronun durumu ciddidir
- 2021-11-02
"Barselona"nın ürəyində problem yaranan futbolçusu Serxio Aqueronun durumu ciddidir.
Klubun rəsmi saytına istinadən, argentinalı hücumçu müayinədən keçib və onun bərpa prosesinə görə azı 3 ay meydana çıxa bilməyəcəyi məlum olub.
Qeyd edək ki, Aquero La Liqanın son turunda "Alaves"lə oyunda nəfəs darlığından əziyyət çəkib və 41-ci dəqiqədə əvəzlənib. Daha sonra futbolçu xəstəxanaya aparılıb.