"Napoli" rekordunu təkrarladı
Avropa liqaları

"Napoli" rekordunu təkrarladı

  • 2021-11-01

“Napoli” İtaliya A seriyasının 11-ci turunda “Salernitana”nı 2:1 hesabı ilə məğlub edib.

Neapol təmsilçisi bu mövsüm çempionatda keçirdiyi 11 oyunun 10-da qələbə qazanıb. Komanda hazırda A seriyasında liderdir.

Qeyd edək ki, “Napoli” tarixində 2-ci dəfə ilk 11 oyunun 10-da qələbə qazanıb. Komanda daha əvvəl 2017/18 mövsümündə bu göstəriciyə nail olmuşdu.