İbrahimoviç üçün əlamətdar gün
Avropa liqaları

İbrahimoviç üçün əlamətdar gün

  • 2021-11-01

İtaliya A seriyasının 11-ci turunda "Roma" ilə keçirilən oyun "Milan"ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Görüşün 23-cü dəqiqəsində hesabı açan 40 yaşlı forvard karyerasında 400-cü qolunu vurub. Bu, həm də Zlatanın a Seriyasında 150-ci qolu olub.

Görüş "Milan"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.