"Atletiko"dan qələbə
Avropa liqaları

"Atletiko"dan qələbə

  • 2021-11-01

"Atletiko" La Liqada növbəti oyuna çıxıb.

Madrid klubu 11-ci turda "Betis"i qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Atletiko" - "Betis" - 3:0
Qollar
: Karrasko, 26,  Pozzella, 63-avtoqol, Feliks, 80

Bu qələbə ilə xalını 22-yə yüksəldən Dieqo Simeonenin komandası turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Siyahıya 24 xalla "Real Madrid" başçılıq edir.