Aquero xəstəxanaya yerləşdirildi
Avropa liqaları

Aquero xəstəxanaya yerləşdirildi

  • 2021-10-31

"Barselona"nın futbolçusu Serxio Aqueronun səhhətində ciddi problemlər yaranıb. 

33 yaşlı hücumçu xəstəxanaya yerləşdirilib. Bu barədə klubun Tvitter hesabı məlumat yayıb. Aquero ötən gün "Deportivo" ilə görüşün (1:1) 41-ci dəqiqəsində məhz ürəyindəki problemə görə əvəzlənib. Həkimlər futbolçuda taxikardiyanın olmasından şübhələnir. Aquero bu gün müayinə olunacaq. 

Qeyd edək ki, Aquero bu yaydan etibarən "Barselona"da oynayır.