"PSJ"də oyun öncəsi ciddi itkilər
Avropa liqaları

"PSJ"də oyun öncəsi ciddi itkilər

  • 2021-10-29

"PSJ" Liqa 1-in 12-ci turunda "Lill"ə matça ciddi itkilərlə ilə çıxacaq.

Paris təmsilçisinin dörd futbolçusu sözügedən matçı buraxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "PSJ"də hücumçu Kilian Mbappe, yarımmüdafiəçi Marko Verratti, Leandro Paredes və müdafiəçi Serxio Ramos "Lill"lə oyunu buraxacaq.

Qeyd edək ki, bu gün keçiriləcək "PSJ" – "Lill" matçı saat 23:00-da başlayacaq.