Türkiyədə azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılır
Avropa liqaları

Türkiyədə azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılır

  • 2021-10-29

Türkiyənin peşəkar futbol liqalarında azarkeşlərlə bağlı məhdudiyyət aradan qaldırılır.

Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

Noyabrın 9-dan bütün oyunlara stadionun ümumi tutumunun 100 faizi qədər tamaşaçı buraxılacaq.

TFF qarşılaşmalar zamanı tribunaların tam dolmasına icazə verib. Lakin qurum peyvənd olunmamamış azarkeşlərin stadionlara buraxılmayacağını açıqlayıb.