Falkaodan La Liqa rekordu
Avropa liqaları

Falkaodan La Liqa rekordu

  • 2021-10-28

"Qalatasaray"dan ayrılaraq "Rayo Valyekano"ya keçən Radamel Falkao La Liqada yeni rekorda imza atıb.

"Goal.com"a istinadən, bu, La Liqanın 11-ci turunda dünən keçirilən "Barselona"ya qarşı matçda (1:0) baş verib. Sözügedən görüşdə komandasının yeganə qolunun müəllifi olan kolumbiyalı hücumçu 35 yaş 259 günlə La Liqada meydana çıxdığı 6 matçda 4 qol vuran ən yaşlı oyunçu olub.

Qeyd edək ki,  Falkao ötən ay "Rayo Valyekano"ya keçib.