Messi və Mbappe məşqi buraxdılar
Avropa liqaları

Messi və Mbappe məşqi buraxdılar

  • 2021-10-28

"PSJ"nin hücumçuları Lionel Messi və Kilian Mbappe Fransa Liqa 1-in 12-ci turunda "Lill"ə qarşı oyunu öncəsi komandanın məşqini buraxıblar .

Bu barədə "AS" nəşri məlumat yayıb. Daha əvvəl fransalı oyunçuya infeksiya diaqnozu qoyulmuşdu. Onun bu matçda iştirakı şübhə altında idi.

Messinin məşqi buraxmasının səbəbi isə məlum deyil. Paris klubu argentinalı futbolçunun səhhətində problem olması barədə məlumat verməyib.