"Barselona" Kumana nə qədər təzminat ödəyəcək?
Avropa liqaları

"Barselona" Kumana nə qədər təzminat ödəyəcək?

  • 2021-10-28

"Barselona"nın istefaya göndərdiyi baş məşqçi Ronald Kumana nə qədər təzminat ödəyəcəyi müəyyənləşib.

"El Pais"ə istinadən, Kataloniya təmsilçisi niderlandlı mütəxəssislə müqaviləni vaxtından əvvəl ləğv etdiyinə görə, ona 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kuman La Liqanın 11-ci turunda "Rayo Valyekano"ya 0:1 hesablı məğlubiyyətdən sonra qovulub. O, 2020-ci ilin avqustundan Kataloniya klubunu çalışdırırdı.