"Qızıl top"u kimin qazanacağı ilə bağlı məlumat yayıldı
Avropa liqaları

"Qızıl top"u kimin qazanacağı ilə bağlı məlumat yayıldı

  • 2021-10-28

Sosial mediada "Qızıl top"u bu il kimin qazanacağı ilə bağlı məlumat yayılıb.

Xarici KİV-lərə istinadən, şəkildə yayılan məlumata əsasən, 2021-ci ilin ən yaxşı futbolçusu Polşa millisinin və "Bavariya"nın hücumçusu Robert Levandovski seçiləcək. Onun 627 səs topladığı vurğulanıb. Lionel Messi (Argentina, PSJ) 2-ci, Kərim Benzema (Fransa, "Real") 3-cü sırada yer alıb. Kriştiano Ronaldo (Portuqaliya, "Mançester Yunayted) isə siyahının 9-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl buna bənzər hadisə "Real"ın futbolçusu Luka Modriçin "Qızıl top"u qazandığı 2018-ci ildə baş vermişdi.

Xatırladaq ki, "Qızıl top"un sahibi noyabrın 29-u açıqlanacaq.