Fati yenidən zədələndi
- 2021-10-27
"Barselona"nın futbolçusu Ansu Fati yenidən zədələnib.
Kataloniya təmsilçisinin rəsmi tviter hesabına istinadən, 18 yaşlı hücumçu La Liqanın 10-cu turunda "Real"la keçirilən oyunda (1:2) sağ dizindən xəsarət alıb. Onun ən azı çempionatın növbəti turunda "Rayo Valyekano" ilə görüşü buraxacağı bildirilib.
Qeyd edək ki, Ansu Fati zədə səbəbindən ötən ilin noyabrından meydna çıxmırdı. O, ötən ay sıraya qoşulmuşdu.