Ramos qayıdır
Avropa liqaları

Ramos qayıdır

  • 2021-10-26

"PSJ"nin futbolçusu Serxio Ramos zədəsini tam sağaldıb.

"Le Parisien"ə istinadən, 35 yaşlı müdafiəçi bu gün komanda ilə ümumi məşqlərdə iştirak edəcək. İspan oyunçunun Liqa-1-in 12-ci turunda oktyabrın 29-u keçiriləcək "Lill"ə matçda debüt edəcəyi gözlənilir.

Qeyd edək ki, Ramos yayda "Real"la müqaviləsi başa çatdıqdan sonra "PSJ" ilə müqavilə imzalayıb. Ancaq o, yeni klubunda hələ rəsmi debüt etməyib.