Haaland bu ilin sonuna qədər oynamaya bilər
- 2021-10-25
Dortmund "Borussiya"sının hücumçusu Erlinq Haaland budundan zədə səbəbindən 2021-ci ilin son aylarını buraxa bilər.
Bu barədə "Bild" nəşri məlumat yayıb. Bildirilib ki, komandanın baş məşqçisi Marko Roze norveçlinin zədəsinin daha ciddi olduğunu bildirib. Mütəxəssis hələ oyunçunun nə vaxt qayıdacağına əmin olmadığını söyləyib.
Qeyd edək ki, Haaland bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 10 matçda 13 qol vurub.