"El-Klassiko"da qonaqlar qalib gəldi
Avropa liqaları

"El-Klassiko"da qonaqlar qalib gəldi

  • 2021-10-24

Bu gün La Liqada mövsümün ilk "El-Klassiko"su keçirilib.

"Barselona" 10-cu turda "Real"ı qəbul edib. "Kamp Nou"da oynanılan görüş  qonaqların qələbəsi ilə başa çatıb - 1:2.

Qollar:David Alaba, 32 (0:1), Lukas Vaskes, 90+4 (0:2), Serxio Aquero, 90+7 (1:2)

Bu nəticədən sonra "Real"  20 xalla ldierliyə yüksəlib. Kataloniya klubu isə 15 xalla 8-ci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib.