Günün möhtəşəm qarşılaşmaları
Avropa liqaları

Günün möhtəşəm qarşılaşmaları

  • 2021-10-24

Bu gün bir sıra Avropa Liqalarında turun maraqla gözlənilən mərkəzi qarşılaşmaları keçiriləcək.

İlk öncə İspaniya La Liqasında "Barselona" 10-cu tur çərçivəsində "Real Madrid"i qəbul edəcək. "El-Klassiko" saat 18:15 də başlayacaq və "Cbc Sport" vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq. Qeyd edək ki, Madrid təmsilçisi 8 oyundan sonra 17 xalla 3-cü, Kataloniya klubu isə 15 xalla 8-ci pillədə qərarlaşıb. Hər iki komanda çempionatda bir oyun az keçirib.

Daha sonra İngiltərə Premyer Liqasında iki əzəli rəqib "Mançester Yunayted" və "Liverpul" komandaları üz-üzə gələcək. 9-cu turun mərkəzi oyunu saat 19:30 da başlayacaq və oyun İctimai Televiziya vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq. Qeyd edək ki, 8 turdan sonra "Liverpul" 18 xalla 3-cü, "Mançester Yunayted" isə 14 xalla 6-cı pillədə qərarlaşıb.

Bir digər maraqla gözlənilən qarşılaşma isə İtaliya A Seriyasında baş tutacaq. "İnter" öz evində "Yuventus"u qəbul edəcək. Sözü gedən qarşılaşma saat 22:45 də başlayacaq və "Cbc Sport" vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq. "İnter" 8 turdan sonra 17 xalla 3-cü, "Yuventus" isə 14 xalla 7-ci pillədə qərarlaşıb.

Həmçinin günün maraqla gözlənilən digər qarşılaşmaları "Olimpik Marsel" - "PSJ", "Roma" - "Napoli", "Ayaks" - "PSV" olacaq.

İngiltərə Premyer Liqası

"Mançester Yunayted" - "Liverpul" (19:30)

İspaniya La Liqası

"Barselona" - "Real Madrid" (18:15)

İtaliya A Seriyası

"Roma" - "Napoli" (20:00)

"İnter" - "Yuventus" (22:45)

Fransa Liqa 1

"Olimpik Marsel" - "PSJ" (22:45)

Niderland Eredivision

"Ayaks" - "PSV" (18:45)