Aquero "El Klassiko"dan danışdı
Avropa liqaları

Aquero "El Klassiko"dan danışdı

  • 2021-10-23

"Barselona"nın hücumçusu Serxio Aquero İspaniya La Liqasının 10-cu turunda "Real"la keçiriləcək oyun haqda danışıb.

"Sport.es"ə istinadən, argentinalı hücumçu "El Klassiko"da qələbənin vacibliyini vurğulayıb:

"İndi mən buradayam. "El Klassiko"da qalib olmaq fürsəti xüsusi bir şeydir. Çünki o, yaddaşlarda qalacaq. Mən bunun üçün gəlmişəm. Bu oyunu kənardan izləyəndə həmişə Messiyə görə "Barselona"nın qalib gəlməsini istəyirdim. Qələbə çox vacibdir. Çünki üç xaldan başqa, siz insanlara sevinc də bəxş edirsiniz".

Qeyd edək ki, oktyabrın 24-də "Kamp Nou"da keçiriləcək "Barselona" – "Real" oyunu Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.