De Liqt qayıtdı
Avropa liqaları

De Liqt qayıtdı

  • 2021-10-19

"Yuventus"un futbolçusu Matteyis de Liqt zədəsini tam sağaldıb. 

Bu barədə "Calciomercato" məlumat yayıb. 21 yaşlı müdafiəçi komanda ilə məşqlərə qatılır. Onun Çempionlar liqasının qrup mərhələsinin 3-cü turunda "Zenit"lə (Rusiya) görüşdə meydanda ola biləcəyi qeyd olunub. 

Əlavə edək ki, "Zenit" - "Yuventus" qarşılaşması sabah keçiriləcək.