Münhenlilər yenə rəqiblərinə rəhm etmədilər
Avropa liqaları

Münhenlilər yenə rəqiblərinə rəhm etmədilər

  • 2021-10-17

"Bayern" Münhen Almaniya Bundesliqasında növbəti oyuna çıxıb.

Rekordmayster 8-ci turda "Bayer"in qonağı olub. Matç "Bayern"in 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Levandovski,3 (0:1), 30 (0:2), Müller, 34 (0:3), Qnabri, 35 (0:4), 37 (0:5), Şik, 55 (1:5)

Bu qələbə ilə xal sayını 19-a yüksəldən "Bayern" 19 xalla liderdir. "Borussiya" Dortmund 18 xalla 2-ci, "Bayer" 16 xalla 3-cüdür.