"Levandovski "Qızıl top"a layiqdir"
Avropa liqaları

"Levandovski "Qızıl top"a layiqdir"

  • 2021-10-15

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann komandanın futbolçusu Robert Levandovskinin "Qızıl top"a layiq olduğunu deyib.

Almaniya mətbuatına istinadən, o deyib ki, polşalı hücumçu bu mükafatı almalıdır: "Çünki son üç ildə digər futbolçulardan daha stabil idi. Robert son dərəcə dinamikdir, az zədəsi var, intensiv məşq edir. Düşünürəm ki, hələ bir neçə il daha yüksək səviyyədə oynaya bilər".

Qeyd edək ki, Levandovski ötən mövsüm "Bavariya"nın heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 48 qol vurub, 9 qolun ötürməsini verib.