"Mançester Yunayted"in kapitanı daha 4 oyun buraxa bilər
- 2021-10-14
"Mançester Yunayted"in əsas müdadfiəçi Harri Maquayr daha bir neçə oyunu buraxa bilər.
"Sky Sports"a istinadən, komandanın kapitanı kəllə-beyin zədəsindən sağalmağa davam edir və hələ tam məşq etməyib. 28 yaşlı futbolçunun sıraya nə vaxt qayıdacağı məlum deyil. Onun "Mançester Yunayted"in qarşıdakı matçlarını buraxacağı gözlənilir.
"Qırmızı şeytanlar" oktyabrın 16-da İngiltərə Premyer Liqasında "Lester"lə, oktyabrın 20-də Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Atalanta" ilə və oktyabrın 24-də "Liverpul" la İngiltərə Premyer Liqasının digər oyununda qarşılaşacaq.