Poçettinonun "Qızıl top" namizədləri
Avropa liqaları

Poçettinonun "Qızıl top" namizədləri

  • 2021-10-14

"PSJ"nin baş məşqçisi Maurisio Poçettino "Qızıl top"u kimə verəcəyi ilə bağlı sualı cavablandırıb.

Fransa mətbuatına istinadən, o, bununla bağlı deyib."Qızıl topu Messiyə verərdim. Buna heç bir şübhə yoxdur. Levandovski ikinci, Ronaldo isə üçüncü olmalıdır. Ronaldo böyük oyunçudur və hər il özünü göstərir".

Xatırladaq ki, Messi avqustun 10-u "PSJ" ilə iki illik müqavilə imzalayıb.