"Real" və "Atletiko"nun oyunları təxirə salındı
- 2021-10-13
İspaniya Ali İdman Şurası La Liqanın 9-cu turunun bir sıra oyunlarını təxirə salmaq qərarına gəlib.
"Marca"ya istinadən, oktyabrın 17-də keçirilməli olan "Real" - "Atletik" və "Qranada" - "Atletiko" matçları təyin olunan gündə reallaşmayacaq.
Oktyabrın 15-də Cənubi Amerikası zonası üzrə DÇ-2022-nin seçmə mərhələsinin görüşləri səbəbindən bu qərar verilib. Sözügedən komandaların futbolçularının La Liqa oyunlarına tam hazırlaşmağa vaxtları olmayacaq.
Qarşılaşmaların yeni tarixləri daha sonra açıqlanacaq.
Xatırladaq ki, 8 turdan sonra "Real" La Liqanın turnir cədvəlində 17 xalla 1-ci pillədə qərarlaşıb.