Ramos "PSJ"də debüt edə bilər
- 2021-10-12
"PSJ"nin futbolçusu Serxio Ramos zədəsini sağaldıb.
"Get French Football News"a istinadən, 35 yaşlı müdafiəçi Fransa Liqa 1-in 10-cu turunda "Anje" ilə matçda oynaya bilər. Bu, baş verəcəyi təqdirdə, Ramos Paris təmsilçisində debüt edəcək.
Qeyd edək ki, ispan futbolçu 2021-ci ilin iyulunda "PSJ"yə keçib.
Əlavə edək ki, "PSJ" - "Anje" görüşü oktyabrın 15-i keçiriləcək.