“Messi və Ronaldonun La Liqadan getməsi ilə hamımız uduzduq"
Avropa liqaları

“Messi və Ronaldonun La Liqadan getməsi ilə hamımız uduzduq"

  • 2021-10-10

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Lionel Messinin "Barselona"dan ayrılmasına münasibət bildirib.

Argentinalı mütəxəssis "El Pais"ə açıqlamasında Messi və Ronaldo kimi oyunçuların La Liqadan getməsinin üzücü olduğunu deyib:

"Messi və Ronaldonun La Liqadan getməsi ilə hamımız uduzduq. İspaniya çempionatında komandaları üçün oynayaraq, uzun illər bütün güclərini ortaya qoydular. La Liqa onlarsız da böyüməli və inkişaf etməlidir. Düşünürəm ki, onların gedişi ilə İspaniya futbolunun tempi aşağı düşdü".

Xatırladaq ki, Kriştiano Ronaldo 2018-ci ildə "Real"dan "Yuventus"a, bu yay isə Turin klubundan "Mançester Yunayted"ə keçib. Messi isə iyulda "Barselona"dan ayrılıb və avqustda "PSJ"yə keçib.