Qvardioladan yeni fikir
Avropa liqaları

Qvardioladan yeni fikir

  • 2021-10-07

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə kubokunun oyunlarındakı əvəzetmə sayı ilə bağlı təşəbbüs irəli sürüb. 

50 yaşlı mütəxəssis sözügedən turnirdə komandalara 5 əvəzetmə haqqı verilməsini istəyib. Klub artıq bununla bağlı İngiltərə Futbol Liqasına müraciət edib. 

Qeyd edək ki, yarışın son qalibi olan "Mançester Siti" 1/8 finalda "Vest Hem"lə qarşılaşacaq.