Mesut Özil üçün xüsusi görüş
Avropa liqaları

Mesut Özil üçün xüsusi görüş

  • 2021-10-05

"Fənərbaxça"nın prezidenti Ali Koç komandanın kapitanı Mesut Özil ilə görüşəcək. 

Buna səbəb 32 yaşlı yarımmüdafiəçinin Superliqanın son turunda "Kasımpaşa" ilə matçdakı davranışları olub. O, meydana daxil olmayacağını görəndə üst geyimini çıxararaq Vitor Perreyranın qarşısına atıb. Buna görə də Ali Koçun Mesut Özillə görüşəcəyi bildirilib. Görüşə Vitor Perreyranın da qatılacağı gözlənilir.